Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib. 10 683 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795, bu günə qədər isə ümumilikdə 6 045 582 test icra olunub.