Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddət ərzində isə ümumilikdə 5 044 744 test aparılıb.