Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 333 yoluxma faktı qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 796 min 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 840 nəfər müalicə olunaraq sağalıb, 9 min 735 nəfər vəfat edib. Aktiv xəstə sayı 1899 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 945, bu günə qədər isə ümumilikdə 7 milyon 24 min 138 test icra olunub.