Azərbaycanda bu gün koronavirus infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 675 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 139 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 132, bu günə qədər isə ümumilikdə 6 milyon 801 min 484 test icra olunub.