Azərbaycanda bu gün koronavirus infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
Toylarda say məhdudiyyəti ləğv edildi - KARANTİN YUMŞALDILIR - QƏRAR
İndiyədək ölkədə ümumilikdə 788 min 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 min 246 nəfər müalicə olunaraq sağalıb, 9 min 500 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 212 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 530, bu günə qədər isə ümumilikdə 6 milyon 593 min 522 test icra olunub.
Son sutkada 12 nəfər COVID-19-dan dünyasını dəyişib.