Azərbaycanda bu gün koronavirus infeksiyasına 197 yeni yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 min 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 11 nəfər müalicə olunaraq sağalıb, 9 min 599 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 965 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 528, bu günə qədər isə ümumilikdə 6 milyon 628 min 447 test icra olunub.
bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 10 nəfər COVID-19-dan dünyasını dəyişib.