Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 944 nəfər müalicə olunaraq sağalıb, 10 098 nəfər vəfat edib, aktiv xəstə sayı 153 nəfərdir.
Ölkədə son sutka ərzində 980, hazırkı dövrədək isə 7 503 034 test aparılıb.