Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.