Azərbaycanda son sutkada koronavirus infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 min 64 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 792 nəfər müalicə olunaraq sağalıb, 10 min 95 nəfər vəfat edib. Aktiv xəstə sayı 177 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1485, bu günə qədər isə ümumilikdə 7 milyon 494 min 700 test icra olunub.