Azərbaycanda son sutkada koronavirus infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib.
Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 827 min 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 237 nəfər müalicə olunaraq sağalıb, 10 min 68 nəfər vəfat edib. Aktiv xəstə sayı 333 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 68, bu günə qədər isə ümumilikdə 7 milyon 469 min 502 test icra olunub.