Çində yayılan koronavirus, tibb şirkətlərinin səhmlərinin kəskin artmasına səbəb olub.
Eləcə də bax: 1000 nəfərlik xəstəxananı - CƏMİ 4 GÜNƏ TİKDİLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Yaponiyada istehsal olunan tibbi maskalar istehsalçısı “Kawamoto” un səhmləri son iki həftə ərzində 4 dəfə artıb.
Yanvarın 16-dan bəri şirkətin səhmləri dörd dəfədən çox artaraq 620 yendən (5 dollar) 2591 yen (23,7 dollar) səviyyəsinə çatıb. Yanvarın 29-u tibbi maskalar istehsalçısının səhmləri daha 23% artıb, nəticədə “Kawamoto” un bazar kapitallaşması 15,6 milyard dollara çatıb.
Xatırladaq ki, 2019-cu ilin dekabrın 31-də Çin hakimiyyəti ölkənin mərkəzində yerləşən Uhan şəhərində aşkarlanan naməlum sətəlcəm xəstəliyi haqqında Dünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini aşkar edə biliblər – bu 2019-nCoV koronavirusudur.
Son məlumatlara görə, dünya üzrə koronavirusa yoluxmuş insanların sayı təxminən 6 min nəfər təşkil edir.