“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir”.
ELƏCƏ DƏ BAX: Niyə dərmanların tərkibi eyni, qiyməti fərqlidir? - ARAŞDIRMA
FED.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.
S. Novruzov deyib ki, bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər: "Bu addım həmin rayonlara sərmayələrin artmasına gətirib çıxara bilər".
Yeni tikilən xəstəxanalar sahibkarlara icarəyə verilsin – DEPUTAT
19:34
13 Noy 2018