“Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”.
Eləcə də bax: Koronavirusa yoluxma halları - 3-4 Faizə Enib
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.
TƏBİB rəsmisi bildirib ki, yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir: “Dünyada istifadə olunan və ÜST tərəfindən təsdiqlənən vaksinlər Azərbaycan üçün əlçatandır. Hər kəs könüllü şəkildə istədiyi vaksini vurdura bilər”. (Report)