Yaponiya hökuməti koronavirusun yüngül simptomları olan xəstələri köçürmək üçün ölkə daxilində mindən çox otel və digər obyektləri icarəyə götürüb.
FED.az xəbər verir ki, bu barədə ölkənin dövlət torpaqları, infrastrukturu, nəqliyyat və turizm naziri Kazuyoşi Aqabaya məlumat verib.
Onun sözlərinə görə, icarəyə verilən obyektlərdə 150 mindən çox xəstə yerləşdirilə bilər.
Bu tədbirlər xəstəxanalardakı ağır xəstələr üçün yerləri boşaltmaq məqsədi ilə həyata keçirilib.
Son məlumatlara görə, Yaponiyada 8,8 min koronavirus infeksiyası hadisəsi qeydə alınıb, 170-dən çox insan vəfat edib.