"Pandemiya ilə bağlı Azərbaycanda bir sıra tədbirlər keçirilir. Martın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə qərarı oldu. İnsanların hərəkəti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildi. Bu qərara əsasən, dövlət və özəl şirkətlərin əməkdaşları və vətəndaşların hərəkəti müəyyən qaydalarla nizamlanacaq”.
Eləcə də bax: Azərbaycanda evdən icazəsiz çıxmaq qadağan edilir - YENİ QADAĞALAR - SİYAHI
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel tarixli qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. O qeyd edib ki, fəaliyyətinə icazə verilən əməkdaşlar şəxsi məsələlərlə bağlı digər vətəndaşlar kimi icazə üçün SMS göndərməlidirlər, icazələr yalnız həmin şəxslərin fəaliyyəti ilə bağlıdır: "Fəaliyyətinə icazə verilən əməkdaşların icazəsi üçün ilk növbədə dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir və axtar düyməsi sıxılır, şəxsin fərdi məlumatları avtomatik olaraq müvafiq xanalarda əks olunur. Bundan sonra digər xanalar, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” düyməsi sıxılır".
Sədr müavini bildirib ki, icazə sistemindən istifadə qaydaları ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmətin” 9108 “Çağrı” Mərkəzinə müraciət oluna bilər.
Apa