Bir sıra xəstəxanalarda struktur dəyişikliyi aparılıb, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ştatı yaradılıb.
Eləcə də bax: Müalicə xərcləri ilə bağlı - GÜZƏŞTLƏR OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən bildirilib.
"Dövlət xəstəxanaları artıq publik hüquqi şəxs statusunda fəaliyyət göstərirlər. Yeni struktura uyğun olaraq tibb mərkəzləri və xəstəxanalara ardıcıl olaraq ictimaiyyətlə əlaqələr üzrə əməkdaşlar cəlb edəcəklər", - qurumdan qeyd edilib.