Sağlamlıq

Xəstəxanalara yeni direktor təyin edilib - SİYAHI

Xəstəxanalara yeni direktor təyin edilib - SİYAHI | FED.az
09:47 16 Mart 2020

Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub.

Eləcə də bax: İki rayonun xəstəxanasına - DİREKTOR TƏYİN EDİLİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

FED.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Digər xəbərlər

Banner