Azərbaycanda icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlərin, orta tibb işçilərinin aylıq əmək haqqlarında dəyişikliklər olacaq. Onlar qəbul etdiyi xəstənin sayına görə əlavə bonuslar alacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov bildirib ki, bütün tibb xidmətlərinin qiymətləri baza zərfində təyin edilib və təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndərilib. “Nazirlər Kabineti baza zərfini təsdiq etdikdən sonra göstəriləcək xidmətlərin tarifləri bəlli olacaq.
Həkim nə qədər çox xidmət göstərəcəksə, bir o qədər çox məvacib, çox bonus alacaq. Bundan başqa, icbari tibbi sığorta üzrə müqavilələri olan tibb müəssisələrində çalışan tibb işçilərinin, kiçik tibb işçilərinin maaşları da indiki kimi deyil, daha yüksək olması nəzərdə tutulur”.
Fins©