Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir.
Eləcə də bax: Azərbaycan hökuməti vətəndaşlara - ÇAĞIRIŞ ETDİ
FED.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.