Brnen Universitetinin tibb mərkəzi (Çexiya) onkoloji xəstəliklərin müalicəsində hüceyrə-gen terapiyası metodikasının klinik sınaqlarını uğurla həyata keçirib.
FED.az xəbər verir ki, bu unikal metodikanın dünyada analoqu yoxdur.
Eləcə də bax: “Toshiba” şirkəti xərçəngi 99 faiz dəqiqliklə aşkar edən - ÜSUL TAPIB
Məlum olub ki, kimya terapiyasından sonra durumu yaxşılaşmayan pasiyentin hüceyrə-gen terapiyasından durumu o qədər yaxşılaşıb ki, bayram günlərini keçirmək üçün onu evə yazıblar.
Klinikanın mətbuat xidmətindən bildiriblər ki, müalicənin nəticəsini müasir təbabətin unikal nailiyyəti adlandırmaq olar.
Azərtac