2025-ci ildə xərçəng xəstəliyinə qarşı peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.
Rusiyada xərçəng peyvəndinin sınaqları uğurla başa çatıb
FED.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” jurnalı alimlərə istinadən yazıb.
Müəlliflər xərçəngə qarşı peyvəndin sınaqlarının uğurlu olduğunu qeyd ediblər. Ən son nümunələr effektivliyini göstərib. Hazırda alimlər preparatın dəri, beyin və ağciyər şişlərinə qarşı təsirini öyrənirlər.
“Ümid edilir ki, xərçəngə qarşı peyvəndlər kimyaterapiya və ya cərrahi müdaxilə kimi daha invaziv müalicə metodlarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək”, - materialda deyilib.
Jurnalistlər qeyd ediblər ki, vaksin yaratmaq üçün alimlərə şiş nümunələri lazımdır. Bundan sonra mütəxəssislər onun genomunu ardıcıllıqla sıralayır və genetik mutasiyaların bütün variantlarını axtarırlar. (Report)