Monrealdan olan Kanadalı elm adamları xərçəng xəstəliyi ilə mübarizə aparacaq nano-robotlar icad ediblər. Onların əsas üstünlüyü daha dəqiq təsir gücünə malik olmalarıdır.
Dünyada bir çox alimlər oxşar nano-robotlar hazırlayıb. Lakin, bu yeni modellərin daha fərqli xüsusiyyətləri var. Onlar insanın sağlam orqanlarına toxunmadan, daha dəqiqliklə bədənin yoluxmuş hissələrinə dərman çatdırmaq qabiliyyətinə malikdir.
Bu isə aparılan müalicə kursunun mənfi təsirini azaldır, təyin olunan dərmanın miqdarının tam dəqiqliklə xəstə orqana ötürülməsi səbəbindən müalicənin effektivliyini artırmış olur.
Texnologiyanın əsasını sərbəst şəkildə orqanizmin yoluxmuş hissəsini tapa bilən qamçılı bakteriyalar təşkil edir. Çünki bu bakteriyalar oksigen çatışmazlığı olan hüceyrələri təyin etmə gücünə malikdir. Xərçəngə yoluxmuş hüceyrələri məhz belə xüsusiyyət fərqləndirir.
Vistanews.ru©
Xərçəng xəstəliyi ilə mübarizə aparan nano-robotlar hazırlanıb
11:30
18 Avq 2016