Xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
Eləcə də bax: Maaşları artırılacaq həkim ixtisaslarının - TAM SİYAHISI
FED.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.
İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək. (Trend)