Çində ötən sutka ərzində daha 2048 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 105 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. İndiyədək Çində 70 min 637 nəfər virusa yoluxub, 1772 nəfər isə bu virus səbəbindən ölüb.
Eləcə də bax: Koronavirusdan ölənlərin sayı - 1500-Ü KEÇDİ
FED.az xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 7264 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin və vəziyyəti ağır olan xəstələrin sayı 10 mini ötüb. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 min nəfəri müəyyən edib, onlardan 150 mini həkim nəzarətinə alınıb.
Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1933 nəfər) və ölüm (100 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.
Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə virusa yoluxma hallarının sayı 700-ə yaxındır. Çinin hüdudlarından kənarda - Filippin, Yaponiya və Fransada ölüm faktı qeydə alınıb.
Azərtac