Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.
FED.az xəbər verir ki, Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi bildirib ki, indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.
Virus ən çox Hubey əyalətində yayılıb. Burada koronavirusuna yoluxanların sayı 9074 nəfər, ölənlər isə 294 nəfər olub. Uxan şəhərində isə bu saylar - 4109 nəfər yoluxan, 224 nəfər isə öləndir. Virusun yayıldığı vilayətlər arasında həmçinin Çjeçzyan (599 nəfər), Quandun (535 nəfər), Xenan (422 yoluxma və 2 ölüm) əyalətlərinin adları var.
Virusa yolxuanlarla yaxın ünsiyyətdə olmuş 137 min nəfər həkim nəzarəti altındadır.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə, 140 nəfərin virusa yoluxması təsdiqlənib.