Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Eləcə də bax: Ukraynadan gətirilən 20 tondan çox soğan istehlaka - Yararsız Çıxdı
AQTA-dan FED.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Bundan əvvəl, "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən soğanlar yararsız çıxmışdı.