Sağlamlıq

Vasif Talıbovdan icbari tibbi sığorta barədə - FƏRMAN

Vasif Talıbovdan icbari tibbi sığorta barədə - FƏRMAN | FED.az
17:47 18 Mart 2019

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbov martın 18-də Naxçıvanda icbari tibbi sığortanın tətbiqi üçün tədbirlər haqqında fərman imzalayıb.

FED.az xəbər verir ki, Fərmana əsasən Muxtar Respublikada da icbari tibbi sığorta Azərbaycanın digər ərazilərində olduğu kimi, 2020-ci ildən başlayır. 
Bununla  əlaqədar olaraq Naxçıvan MR Nazirlər Kabinetinin nümayəndəsinin sədrliyi ilə muxtar respublikanın Maliyyə və Səhiyyə, Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin,eləcə də digər qurumların nümaynədələrindən ibarət komissiya yaradılacaq. Komissiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə lazımi dəstək verməli, onların müraciəti əsasında zəruri maliyyələşməni, normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını təmin etməlidir. 

Öz növbəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvanın Səhiyyə Nazirliyi ilə birlikdə icbari tibbi sığortaya daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinə təqdim etməlidir. 
2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan MR-ın bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işləri başa çatmalıdır. 

Digər xəbərlər