Koronavirus vaksinlərinin satışı həmin peyvəndlərin istehsalçısı olan şirkət rəhbərlərini milyarderə çevirib.
Eləcə də bax: Bu ölkələr hələ də vaksin - Ala Bilmir
Koronavirusa qarşı vaksinlərin hazırlanıb satılması nəticəsində dünyada bu məhsulları buraxan 9 şirkətin sahibi milyardçı olub.
FED.az CNN-ə istinadən xəbər verir ki, vaksinləşmədən sonra ən çox gəliri artan şəxslər - ABŞ-ın «Moderna» şirkətinin baş direktoru Stefan Bansel və «BioNTech» şirkətinin, hansı ki, Pfizer şirkəti ilə birlikdə vaksin istehsal etmişdi, baş direktoru Uqur Şahindir.
Bu şəxslərin hər birinin sərvəti 4 milyard dollardır.
Bundan başqa, Çinin «CanSino Biologics» şirkətinin sahibləri də vaksin hesabına milyardçı olublar. Bu şirkət vaksin istehsal etməyib, amma vaksin istehsal edən «Moderna» şirkətinin səhmlərinə pul yatıran ilk adamlardan olublar və həmin səhmlərin bahalaşması nəticəsində milyardçıya çevriliblər.
Ümumilikdə 9 yeni milyardçının ümumi sərvəti 19,3 milyard dollardır. «People's Vaccine Alliance» təşkilatının nümayəndələri bildirir ki, bu vəziyyət vandemiyanın insanlar arasındakı qeyri-bərabərliyi necə artırmasının göstəricisidir.
Onların hesablamalarına görə, təkcə bu 9 milyardçının pulları kifayət edir ki, dünyada aşağı gəlirli ölkələrdə yaşayan 780 milyon nəfər vaksinlənsin. Amma bu ölkələr indiyədək dünyada istifadə olunan vaksinlərin cəmi 0,2%-ni alıblar. Dünya Səhiyyə təşkilatının sədri Tedros Adanom Qebreyesus isə bildirib ki, hazırda dünyada yayılan vaksinlərin 82%-i yüksək və ort gəlirli ölkələrin payına düşür.
Vaksin istehsalı sayəsində milyardçı olan şəxslər:
1. ABŞ-ın «Moderna» şirkətinin baş direktoru Stefan Bansel - $4,3 mlrd;
2. Almaniyanın «BioNTech» şirkətinin təsisçisi və rəhbəri Uğur Şahin - $4 mlrd;
3. İmmunoloq və «Moderna» şirkətinə pul yatırmış investor Timoti Sprinqer - $2,2 mlrd;
4. «Moderna» şirkətinin direktorları şurasının sədri Nubar Afeyan — $1,9 mlrd;
5. «ROVI» şirkətinin (Bu şirkət «Moderna» vaksinləri üçün qab istehsal edir) sədri Xuan Lopes-Belmonte — $1,8 mlrd;
6. Alim və «Moderna» şirkətinə pul yatıran investor Robert Lanqer — $1,6 mlrd;
7. Çinin «CanSino Biologics» əczaçılıq şirkətinin həmtəsisçisi və baş elmi işçisi Çju Tao — $1,3 mlrd;
8. Çinin «CanSino Biologics» əczaçılıq şirkətinin həmtəsisçisi və böyük vitse-prezidenti Tsyu Dunsu — $1,2 mlrd;
9. Çinin «CanSino Biologics» əczaçılıq şirkətinin həmtəsisçisi və baş elmi işçisi Mao Xuayxua — $1 mlrd.