Bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib.
FED.az xəbər verir ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar.
Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək. (Apa)