“Bəşəriyyət koronavirusa qarşı peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmir: Dünyada 832 milyon peyvəndləmənin 82 faizdən çoxu yüksək və orta gəlirli ölkələrdə, yalnız 0.2 faizi isə az gəlirli ölkələrdə həyata keçirilib”.
Eləcə də bax: Avropa İttifaqının üzvləri peyvəndlərin düzgün bölüşdürülməsini - Tələb Ediblər
FED.az xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Şurasının koronavirus əleyhinə peyvəndə həsr olunmuş iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus deyib.
ÜST rəhbəri bildirib ki, peyvənd məsələsində bərabərlik zəmanəmizin bir çağırışıdır. Biz bu istiqamətdə uğursuzluğa düçar olduq: "COVAX mexanizmi ilə peyvənd alacağını gözləyən bəzi ölkələr heç bir şey almayıb. Bir sıra ölkələr dərman kvotalarının ikinci hissəsini vaxtında almayıb, bu ölkələr planları təhlükəyə atıb”.
Qebreyesu əlavə edib ki, COVAX vasitəsi ilə tədarükün bu günə qədər 100 milyondan çox dozaya çatdığı təxmin edilib, amma əslində bu günə qədər yalnız 40 milyon paylanılıb: Əhalisi üçün artıq peyvənd ayırmış ölkələri dərhal COVAX-a bağışlamağa çağırıram. Digər vacib addım yerli peyvənd istehsalına investisiya qoyuluşu ola bilər”. (Apa)