Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun omikron ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını bildirib.
COVID-19-un yeni variantı yayılır - Artıq Rusiyada yoluxanlar var
FED.az xəbər verir ki, bu barədə qurumun hesabatında məlumat verilib.
Sənəddə qeyd edilib ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.
“Qlobal miqyasda qeydə alınan yoluxma hallarının nisbətində davamlı artım müşahidə olunur. 29-cu epidemioloji həftədə (2023-cü il iyulun 17-dən 23-dək) EG.5-in qlobal miqyasda yayılması 17,4 faiz təşkil edib”, - hesabatda məlumat verilib. (Report)