Sağlamlıq

ÜST: "Hələlik sərhədləri açmaq olmaz"

ÜST: "Hələlik sərhədləri açmaq olmaz" | FED.az
14:41 24 Aprel 2020

“Bu gün bir çox ölkələr koronavirusa görə bağladıqları sərhədlərini açmala bağlı bizimlə müzakirələr aparırlar”.

Eləcə də bax: Avropa ölkələrinə giriş - BU TARİXLƏRƏ KİMİ QADAĞANDIR - SİYAHI

FED.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

O qeyd edib ki, bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir: “Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun”.

H.Harmancı qeyd edib ki, sərhədlər mütləq açılacaq: “Bunun üçün də bütün ölkələrin ciddi əməkdaşlıq çərçivəsində bu məsələni müzakirə etmələri lazımdır”.

Report

Digər xəbərlər

Banner