Banner

Sağlamlıq

ÜST: Dünyada koronavirusa yoluxanların sayı - 2,5 MİLYONA ÇATIR

ÜST: Dünyada koronavirusa yoluxanların sayı - 2,5 MİLYONA ÇATIR | FED.az
08:34 21 Aprel 2020

Dünyada koronavirus qurbanlarının sayı 170 min nəfəri ötüb. 

FED.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Eləcə də bax: Türkiyədə virusa yoluxanların sayı - ÇİNİ KEÇDİ

Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə virusa yoluxanların sayı 2,5 milyon nəfərə çatır. Bununla yanaşı, COVID-19-a yoluxmuş 645 min insan sağalıb. 

Son statistikaya görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 2 473 209 nəfərdir. Pandemiya nəticəsində artıq 170 042 nəfər dünyasını dəyişib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report

Digər xəbərlər

Banner