Son sutka ərzində dünyada koronavirus infeksiyasına 77 mindən çox insan yoluxub, təxminən 5 min nəfər də bu virusun qurbanı olub.
Eləcə də bax: Karantin menyusu necə olmalıdır? - ARAQDAN UZAQ OLUN! - ÜST-dən AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.
06 aprel tarixi, Cenevrə vaxtı ilə saat 09:00-a (Bakı vaxtı 12:00) olan statistikaya görə, dünyada 1 210 956 nəfər yeni növ koronavirusa yoluxub, 67 594 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 77 200 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 4810 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 655 339 yoluxma və 49 479 ölüm. Sutka ərzində burada yoluxanların sayı 33 932, ölənlərin sayı isə 3063 nəfər artıb.
Şimali və Cənubi Amerikada ümumilikdə 352 592 nəfər koronavirusa yoluxub, 9680 nəfər ölüb.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 06 aprel tarixinə olan məlumata görə, burada 112 522 yoluxma, 3861 ölüm faktı qeydə alınıb.
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 307 318 nəfər. Onun ardınca İspaniya (130 759), İtaliya (128 948), Almaniya (95 391) və Çin (83 005) gəlir.
Apa