Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus infeksiyasına yoluxub sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edib.
FED.az-ın məlumatına görə, bunu ÜST-nin baş elmi işçisi Sumya Svaminatan bəyan edib.
Onun sözlərinə görə, bu tövsiyə xüsusilə COVID-19-u yüngül və ya asemptomatik formada keçirən şəxslərə aiddir:
“Bu şəxslərdə xəstəliyi ağır formada keçirənlərə nisbətən kifayət qədər güclü immunitet formalaşmır. Həmin şəxslərin də vaksinasiyaya cəlb edilməsi nəticəsində mövcud olan antitellərin sayı çoxalacaq”.