ÜST Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immun çatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.
FED.az xəbər verir ki, ÜST-ün Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, yaşlılar, tibb işçiləri və hamilələr də daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi tövsiyə olunur.
Bildirilib ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır:
• 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi;
• yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi;
• mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb”. (Apa)