“Hazırda strategiyaya əsasən, 18 yaşdan yuxarı şəxslərə vaksin şamil olunur”.
FED.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, uşaqlara peyvənd vurulması ilə bağlı mütəxəsssislər müzakirələr aparır: “Əgər belə qərar olarsa, yaxın günlərdə məlumat veriləcək”. (Apa)