“Hazırda İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 adda xidmət daxildir”.
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elmi-Tədqiqat Kadiologiya İnstitutunun elmi katibi, kardioloq Təranə Cavadova deyib. Onun sözlərinə görə, xidmətlər zərfinə daxil olan kardioloji xidmətlərin sayı artırılacaq:
“Buraya ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı da daxildir” – o deyib. (Apa)