Keçən əsrin səksəninci illərində həkimlər Fransalıların qida rasionlarında böyük miqdarda piy və xolesterindən istifadə etmələrinə baxmayaraq, onlarda daha az ürək-damar xəstəliklırinə rast gəlindiyini sezdilər. Buna kimi, piylərlə zəngin qidalanmanın ürək-damar xəstəliklərinin inkişafı riskini artırdığı hesab edilirdi. Bu hadisə fransız paradoksu adını aldı.
Alimlər və həkimlər bu fenomenin səbəblərini axtarmağa başladılar. İlk olaraq aydın oldu ki, piylər öz-özlüyündə elə də zərərli deyil. Məlum olduğu kimi, piylər müxtəlif növlərdə olur: məsələn, omeqa-3 və omeqa-6 dolğun olmayan piyli turşulardır. Eləcə də digər tip piylər mövcuddur.
Piy turşularının əksəriyyəti orqanizmdə hüceyrə membranlarının qurulması və enerji mənbəyi kimi istifadə olunur. Omeqa-3 və omeqa-6 isə immunitetin və orqanizmin digər sistemlərinin işini nizama salan maddələrin hormonobənzər sintezi üçün tükətilir. Onlar düzgün nisbətlə istifadə edilərsə bu sağlamlığa yalnız yaxşı təsir edə bilər. Əsas problemlərdən biri odur ki, omeqa-3-ə Avropa rasionunda həddən artıq az rast gəlinir. Buna görə diyetoloqlar onları qida əlavələri şəklində istifadə etməyi məsləhət görürlər. Belə olan halda isə diqqətli olmaq, uyğun ölçüyə riayət etmək lazımdır, əks halda omeqa-3 sağlamlığa neqativ təsir göstərə bilər.
Ürək-damar sisteminin sağlamlığını qoruyan ikinci amil isə resveratrol maddəsidir. Bu maddə fransızların ənənəvi olaraq istifadə etdiyi qırmızı şərabda olur. Heyvanların üzərində aparılan təcrübələr onu sübut edir ki, resveratrol sətəlcəmə və şiş əleyhinə çox yaxşı təsirə malik maddədir. Həmçinin o, damarlarda aterosklerotik lövhələrin yaranmasına mane olur və beləliklə ürək-damar xəstəliklərinin əsas səbəblərindən birini aradan qaldırır.
Problem ondan ibarətdir ki, qırmızı şərabda lazım olan miqdarda resveratrol yoxdur. Heyvanlar üzərində aparılan sınaqda istifadə olunan dozanı almaq üçün xeyli miqdarda şərab qəbul etmək lazım gələcək. Bu isə öz növbəsində qaraciyər və sinir sistemi üçün çox təhlükəlidir. Qaraciyər xəstəlikləri ilə bağlı Fransa münbit ölkə hesab olunmur. Buna görə də burada qida əlavəsi kimi də resveratroldan istifadə edilir.
Ürək-damar sisteminin sağlamlığının sirri və ya fransız paradoksu nədir?
16:53
18 Avq 2016