Azərbaycanda koronavirusa qarşı üçüncü doza vaksinin kimlərə və nə zaman vurulması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Eləcə də bax: Azərbaycanda koronavirusa qarşı 3-cü doza vaksin vurulacaq - QƏRAR
FED.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, üçüncü doza vaksin 6 aydan sonra vurulmalıdır: “İki doza vaksin vurulmuş insanlarda 6 aylıq müddət bitdikdən sonra yenidən vaksinasiyaya ehtiyac var. Bu dəfə yenidən iki doza deyil, bir doza vaksinin vurulması bütün dünyada yetərli hesab edilir”.
R.Mahmudovun fikrincə, Operativ Qərargah yanında müvafiq qurumlar yaxın gələcəkdə bütün bunlara aydınlıq gətirəcək. (Trend)