Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bəzi dövlətlərdən ölkəyə səfər edən şəxslər karantinə alınacaq.
Eləcə də bax: AZAL sərnişinləri sərnişindaşıma qaydalarıyla - Diqqətlə Tanış Olmağa Çağırıb
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoluxma riskinin minimuma endirilməsi məqsədilə son 14 gün ərzində Banqladeş, Braziliya, Hindistan, Nepal, Şri-Lanka və CAR ərazisində olmuş şəxslər Türkiyəyə gəldikdən sonra 14 gün karantin rejimində mehmanxanalarda qalmalı olacaqlar.
Qeyd edək ki, siyahıdakı 6 ölkədə pandemiya ilə bağlı vəziyyət kəskindir. (Report)