Türkiyəli həkim, Prof.Dr. Ercüment Ovalı koronavirusun müalicəsində istifadə oluna biləcək dərman hazırlayıb.
Eləcə də bax: İranın koronavirusa qarşı dərmanı - MÜSBƏT NƏTİCƏ VERİB
FED.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Bir aydır laboratoriyada üzərində çalışdığımız bir dərmanın adını aprelin 23-də açıqlayacaqdıq. Lakin o qədər təsirlidir ki, insanların həyatını xilas edə bilər. İnsanların həyatından daha bir gün oğurlamaq istəmədik. Təcili olaraq “Dornaza alfa” xəstələrin müalicəsi üçün testdən keçirilməlidir”, - deyə həkim bildirib.
Qeyd edək ki, Türkiyədə 74,193 nəfər COVİD-19-a yoluxub, onlardan 1,643-ü vəfat edib.
Qafqazinfo