Türkiyənin Hatay şəhərinin Şəhid Serkan Talan peşə məktəbi və Texniki Anadolu liseyinin emalatxanasında ilk süni nəfəs aparatı (SNA) istehsal edilib.
Eləcə də bax: Türkiyədə koronovirusdan bir gündə - 115 NƏFƏR ÖLDÜ
FED.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilir ki, SNA üçün lisenziya alındıqdan sonra cihazın kütləvi istehsalına başlanılacaq.
Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 70 000-ə çatır. Ölkədə 1 518 nəfər virusun qurbanı olub.
Report