Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib.
Eləcə də bax: Gələn aydan Azərbaycanda “AstraZeneca” peyvəndinin - Tətbiqinə Başlanılır
FED.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter"də bildirib.
“Türkiyə Dərman və Tibbi Ləvazimat Təşkilatı apardığı araşdırmaların nəticəsinə əsasən, “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib. İki ölkə üçün xeyirli olsun. Beləliklə üçüncü peyvənd olaraq “Sputnik V” ölkəmizdə istifadə olunacaq”, - deyə türkiyəli nazir qeyd edib. (Apa)