Türkiyədə reanimasiya şöbəsində yatan koronavirus xəstələri üçün dövlət tərəfindən xəstəxanalara edilən ödəmələr iki dəfə artırılıb.
FED.az xəbər verir ki, bu barədə ölkənin Ailə, İş və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuk bildirib.
Ölkədə koronavirusun yayılmasına qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində verilən bu qərarla reanimasiya şöbəsində yatan hər xəstə üçün gündəlik 660 türk lirəsi ödəniləcək.
Nazir atılan bu yeni addımın dövlət xəstəxanalarına əlavə dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan immun plazma terapiyasının Türkiyədə tətbiqi baxımından da vacibliyini vurğulayıb.
Azərtac