Türkiyədə koronavirusdan daha bir nəfər ölüb.
FED.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Eləcə də bax: Pensiyalar artırıldı, vergilər azaldıldı - TÜRKİYƏDƏ KORONAVİRUS TƏDBİRLƏRİ
"61 yaşlı kişi öldü. Koronavirusa yeni 93 yoluxma qeydə alınıb, xəstələrin ümumi sayı 191 nəfər təşkil edir", - deyə nazir özünün "Twitter"dəki səhifəsində yazıb.
Koronavirus ilk dəfə Türkiyədə martın 11-də yerli sakində aşkarlanıb. Həmin şəxs Avropadan qayıdıb.
Qeyd edək ki, bu, Türkiyədə koronavirusdan ikinci ölüm hadisəsidir. Ölkədə ilk ölüm hadisəsi dünən qeydə alınıb.
Report