Türkiyədə koronavirusa daha 12 yoluxma qeydə alınıb.
Eləcə də bax: Türkiyədə bütün əyləncə mərkəzləri - BAĞLANACAQ
FED.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.
"Virusa yeni yoluxanların sayı 12 nəfər təşkil edir. Hazırda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərdir", - nazir bildirib.
Onun sözlərinə görə, iki pasiyent Türkiyədə virusa birinci yoluxanla təmasda olublar.
Koca qeyd edib ki, koronavirusa yoluxanlardan 7-si bu yaxınlarda Avropa ölkələrinə səfər edib, 3-ü isə ABŞ-da olub.
Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar bu gün yerli vaxtla saat 10:00-dan Türkiyədə barlar, diskotekalar və gecə klubları fəaliyyətlərini dayandırmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVİD-19 koronavirusunu pandemiya adlandırıb.
Dünyanın 140-dan çox ölkəsində koronavirusa 153 min nəfərdən çox insan yoluxub, 5,7 min nəfər virusun qurbanı olub.
Report