Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlanıb.
Eləcə də bax: Türkiyədə bütün kütləvi tədbirlər aprelin sonunadək - TƏXİRƏ SALINDI
FED.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
“Dünən axşam nəticələri məlum olan test bizi kədərləndirdi. Daha bir koronavirus xəstəmiz var”, - nazir “Twitter”də bildirib.
Beləliklə, Türkiyədə koronavirus daşıyıcılarının sayı 2-yə çatıb.
Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 11-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 788-ə çatıb. Bunların 70 394 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Report