Bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 96 nəfərin həyatına son qoyub. Bununla da bu ölkədə dünyasını dəyişənlərin ümumi sayı 908 nəfərə çatıb.
Eləcə də bax: Türkiyədə maska - PULSUZ PAYLANACAQ
FED.az xəbər verir ki, aprelin 9-də ölkə üzrə 28 min 578 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4056 nəfərdə infeksiya aşkarlanıb.
İndiyədək testdən keçirilənlərin sayı 276 min 338 nəfərə çatıb. Ümumilikdə, 42 min 282 nəfəri müalicəyə cəlb olunub. Hazırda 1552 nəfər reanimasiyadadır. İndiyədək 2142 nəfərin müalicəsi uğurla tamamlanıb. Aprelin 9-da daha 296 nəfər tam sağalaraq xəstəxanaları tərk edib.
Azərtac