Türkiyədə COVID-19-a qarşı hazırlanmış “TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib.
Eləcə də bax: Türkiyə vaksini Azərbaycanda da tətbiq edilə bilər
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.
Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə-10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.